Zəfərin yolu
Oktyabrın 10-da Gürcüstanın Marneuli şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
Yüzlərlə insanın iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi ehtiramla anılıb.
Əllərində Azərbaycanın, Gürcüstanın və Türkiyənin bayraqlarını, eləcə də “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!” yazılan şüarlar əks olunan plakatları tutan nümayişçilər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib, Azərbaycan dövlətinin, onun Prezidentinin ətrafında sıx birləşdiklərini bəyan ediblər.
Çıxışlarda Azərbaycan Prezidentinin xalqa...
Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək, Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızı erməni hərbi birləşmələrindən təmizləməsi “Shirvan Steel” MMC əməkdaşlarının da qəlbində böyük sevinc və iftixar hissi oyadıb, erməni işğalı altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb.
“Shirvan Steel”...
Budapeştdə yerləşən Azərbaycan evində işğalçı Ermənistan ordusunun təxribatlarına etiraz və Azərbaycan Ordusunun bu təxribatlara qarşı əks-hücum əməliyyatlarında əldə etdiyi qələbələrin qeyd olunması münasibətilə tədbir keçirilib.
Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın İdarə Heyətinin üzvü Rəşad Mehbaliyev iştirakçıları əldə edilən qələbələr münasibətilə təbrik edib. Görüşdə təşkilat üzvləri Ermənistan tərəfinin cəbhə boyunca sivil əhalimizə atəş açması, cəbhədən xeyli aralıda...
Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 658 min 352 manat məbləğində vəsait köçürülüb.
Təhsil Nazirliyindən bildirilib ki, Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti,...
Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Azərbaycana dəstək aksiyası keçirilib.
Tədbir Gölcük bələdiyyəsinin və Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiyada əvvəlcə ölkələrimizin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Gölcük bələdiyyəsinin sədri Ali Yıldırım Sezer, bələdiyyə məclisinin üzvləri, bölgədə fəaliyyət göstərən dövlət icraiyyə komitələrinin rəhbərləri, siyasi partiyaların və QHT-lərin təmsilçiləri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı haqqında danışıblar.
Aksiyada qardaş Azərbaycana dəstək məqsədilə bəyanat...
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov və vitse-prezident Samir Əhmədov qurumun idarə heyəti adından cəbhə bölgəsində ordumuza dəstək məqsədilə bir sıra ərzaq, dərman ləvazimatları, geyim və s. kömək göstərərək hər zaman Azərbaycan əsgərinin yanında olacaqlarını bildiriblər.
Bu barədə Federasiyadan məlumat verilib. Bildirilib ki, eyni zamanda şəhid ailələrinin də qonağı olmuş Federasiya rəsmiləri onlara kömək etməyə söz veriblər.
“Qarabağ Azərbaycandır!” şüarı altında hərəkata...