Orduya dəstək
Bakı Media Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb
Bakı Media Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin Yardım fonduna 100 min manat vəsait köçürüb.
Bu barədə Mərkəzdən məlumat verilib.
"Mərkəzin kollektivi olaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzdan yeni qələbə müjdələri gözləyirik. Qarabağ Azərbaycandır!"
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.