Orduya dəstək
Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətinin əməkdaşları bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Bu barədə Xidmətdən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə təsis edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.