Orduya dəstək
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna ianə ayırıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait ayrılması barədə qərar qəbul edib.
BMTM-dən bildirilib ki, mərkəzin rəhbərliyi və əməkdaşları könüllü qaydada aylıq əməkhaqlarından ordumuza maliyyə dəstəyi olaraq ianə ayırıblar.
Qeyd edək ki, mərkəzin əməkdaşları təmas xəttində gedən atışmalarla bağlı ölkəmizə qarşı aparılan informasiya kampaniyalarının qarşısını almaq və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə bağlı haqq səsini dünya ictimaiyyəti çatdırmaq istiqamətində xarici mediada məqalələr yazır və müsahibələr verir. Mərkəz heyəti cəbhədə gedən müharibə ilə paralel aparılan informasiya müharibəsinin aktiv iştirakçısı olmaqla bu sahədə dəstəyini davam etdirəcəyini ifadə edir.