Zəfərin yolu
Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terroru barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən rəsmi http://www.justice.gov.az/categories/1148 internet saytında 3 dildə (Azərbaycan, rus və ingilis dilləri) olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması...
İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər .
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada həmvətənlərimiz əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində...
İğdır valiliyi və Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan, yanındayıq!” şüarı ilə Ağrı dağının zirvəsinə yürüş keçirilib.
Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə həsr olunan yürüşdə vali və İğdır bələdiyyəsinin sədri Engin Sarıibrahim, Türkiyə Silahlı Qüvvələrinin beşinci sahə komandanı, polkovnik Yılmaz Doğan, İğdırın baş prokuroru Oğuz Şükrü Enər, Jandarma komandanı Mustafa Özdurhan, Polis İdarəsinin...
İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərindəki Millətlər sarayının qarşısında dinc aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının və “Azərbaycanın Dostları” cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan icmasının təmsilçiləri ilə...
Erməni qəsbkarlarının son təxribatlarının qarşısının alınması məqsədilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ cəbhəsindəki zəfər yürüşü, işğal altında olan torpaqlarımızın, yaşayış məntəqələrimizin bir-birinin ardınca düşməndən azad olunması bizi - Zaqatalada yaşayan azsaylı xalqların nümayəndələri olan avarları da ürəkdən sevindirir. Bu gün dinindən, dilindən, adət-ənənələrindən asılı olmayaraq, hamı bir amal uğrunda birləşib. Doğma Vətəni qorumaq bu torpaqda doğulub boya-başa çatan hər bir insanın müqəddəs borcudur.
Qırğızıstan Azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyinin təşəbbüsü ilə Bişkekdə şəhidlərimizi anma mərasimi keçirilib.
Mərasimdə paytaxtda yaşayan soydaşlarımız, qardaş qırğız xalqının nümayəndələri iştirak ediblər.
İctimai Birliyin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev bildirib ki, Ana Vətən çətin sınaqlardan keçir. Rəşadətli və şanlı Ordumuz Azərbaycan tarixinə yeni səhifələr yazır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərimiz düşmən tapdağından azad edilir. Artıq azad olunan doğma...