30
Oktyabr

30 Oktyabr

Orduya dəstək

“Azərbaycan, yanındayıq!” şüarı ilə Ağrı dağının zirvəsinə yürüş təşkil edilib

İğdır valiliyi və Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan, yanındayıq!” şüarı ilə Ağrı dağının zirvəsinə yürüş keçirilib.

Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə həsr olunan yürüşdə vali və İğdır bələdiyyəsinin sədri Engin Sarıibrahim, Türkiyə Silahlı Qüvvələrinin beşinci sahə komandanı, polkovnik Yılmaz Doğan, İğdırın baş prokuroru Oğuz Şükrü Enər, Jandarma komandanı Mustafa Özdurhan, Polis İdarəsinin rəisi Hüseyn Göllücə və digər rəsmi şəxslər olmaqla, yerli ictimaiyyətin tanınmış nümayəndələri yürüşdə iştirak ediblər.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) sədr müavini, görkəmli publisist Sərdar Ünsalın verdiyi məlumata görə, yürüş Ağrı dağının Metor çökəkliyindən başlanıb. Ağrının 2100 metr yüksəkliyinə 6,5 kilometr yol qət edən yürüşçülər “Bir millət, iki dövlət”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan səninləyik!”, “Var olsun Türkiyə-Azərbaycan qardaşlığı!”, “Cümhuriyyətimiz əbədidir!” kimi şüarlar səsləndiriblər.

Yürüşçülərin iştirakı ilə Korhan yaylağında müzəffər Azərbaycan Ordusunun qələbə əzmli döyüş rəşadətlərinə dəstək məqsədilə tank və toplardan yaylım atəşləri açılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.