30
Oktyabr

30 Oktyabr

Orduya dəstək

Venesiyada erməni terroruna etiraz edilib

İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər .

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada həmvətənlərimiz əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat xarakterli lövhələr tutublar. Aksiya iştirakçılarına yaxınlaşan çoxsaylı şəhər sakinlərinə və turistlərə işğalçı Ermənistan ordusunun terror aktları və mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlər ilə Azərbaycanın dinc sakinlərinin hədəfə alınması barədə məlumat verilib.

Bundan əlavə, şəhər sakinləri xüsusi skan-koddan istifadə etməklə Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı italyan dilində hazırlanmış məlumatlarla, eləcə də şəkillərlə də tanış ola biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.