Orduya dəstək
Bir il əvvəl “torpağımı verin” deyən Yaşar dayı: “Arzum çin oldu”
Zəngilan şəhərinin işğaldan azad olunmasına ən çox sevinənlərdən biri də Hüseynbəyli kənd sakini Yaşar Səfərlidir. Ötən il "Paşinyan Zəngilana yol çəkir, buna ürəyim dözmür, mən öz torpağımı istəyirəm" deyib etiraz edən Yaşar dayı 27 ildən sonra arzusuna çatdı.
Doğma yurdu erməni işğalından azad olunan Zəngilan sakini sevinc təəssüratlarını bölüşüb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.