22
Oktyabr

22 Oktyabr

Orduya dəstək

Azərbaycan və Türkiyə bayraqları İğdırın Rağbət dağının zirvəsində ucaldılıb

İğdır və Qars bölgələrindən olan alpinistlər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Rağbət dağının zirvəsinə yürüş ediblər.

Alpinistlərin könüllü həyata keçirdiyi aksiya Azərbaycana mənəvi dəstək, Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına etiraz məqsədilə təşkil olunub.

Aksiyada Qars Qafqaz Alpinistlik və İdman Klubu ilə İğdır Fotoqraf Mədəniyyət və Təbiət Klubunun doqquz üzvü iştirak edib.

Qeyd edək ki, İğdırın Tuzluca rayonunun Gazilər kəndində yerləşən Rağbət dağının hündürlüyü 2400 metrdir. Ermənistanın sərhədə yaxın bölgələrindən dağın zirvəsi aydın görünür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.