15
Oktyabr

15 Oktyabr

Orduya dəstək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 9000 manat məbləğində maliyyə vəsaitinin köçürülməsi qərara alınıb.

Bu barədə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəsait Mərkəzin əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi bu addımı Ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyaraq bu şərəfli yolda dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini ifadə ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.