15
Oktyabr

15 Oktyabr

Orduya dəstək

Statistika Komitəsinin kollektivi müzəffər Ordumuza sovqat göndərib

Dövlət Statistika Komitəsinin kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda haqq mübarizəsi aparan Şanlı Ordumuza dəstək aksiyasına qoşularaq Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasına sovqat göndərib.

Bu barədə komitədən bildirilib.

Qeyd edək ki, ötən ay komitə rəhbərliyi 1 aylıq vəzifə maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi məğrur Azərbaycan Ordusuna bu haqq-ədalət savaşında sonsuz uğurlar və möhtəşəm qələbə arzulayır.

İgid əsgər, qələbə sənindir! Qarabağ Azərbaycandır!


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.