Zəfərin yolu
Gürcüstanın nüfuzlu interpressnews.ge və report.ge informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından materiallar yayıblar.
“Otuz ildir davam edən işğala son qoyulacaq”, “Bizə bu münaqişənin yarımçıq həlli lazım deyil, bizə başqa ölkənin torpağı lazım deyil, öz torpağımızı da heç kimə verməyəcəyik”, “Əks hücum əməliyyatları Azərbaycan ərazilərinin işğalına son qoyacaq”, “Bir neçə yaşayış məntəqəsi azad edilib” sərlövhəli materiallarda Azərbaycan...
Misir mətbuatı Ermənistanın Azərbaycan ərazilərində davam edən hərbi təxribatı barədə materiallar dərc edib.
Bu ölkənin “Cairo24”, “Alhwar” , “Aldawlanews”, “Elhayaanews”, “Elwatannews”, “Aldiplomasy” internet portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitatları yayıblar.
Misir KİV-ləri, həmçinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarına, Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına və Xarici İşlər Nazirliyinin bəyanatına da yer veriblər.
Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ilə bağlı məqalə yayıb.
Yazılarda dövlətimizin başçısının çıxışlarından sitatlar verilib, Ermənistanın ölkəmizə qarşı təxribatlar törətdiyi və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçib və əməliyyat uğurla davam edir.
Materiallarda, həmçinin Prezident İlham Əliyevin...
Monteneqronun nüfuzlu “Volim Podgoricu” xəbər portalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycan ordusu cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq düşmənin hərbi mövqelərinə atəş açmışdır” başlıqlı məqalə dərc edilib.
Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutmaları və bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına dair məlumatlar yer alıb.
Moldovanın nüfuzlu “Tribuna.md” portalı Ermənistan ordusunun təxribatları ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciətində əksini tapan fikirlərini dərc edib.
Moldovalı jurnalist məqaləsində Prezident İlham Əliyevdən sitatlar gətirərək yazır: “Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını...