28
Sentyabr

28 Sentyabr

Media

Monteneqronun nüfuzlu “Volim Podgoricu” xəbər portalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycan ordusu cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq düşmənin hərbi mövqelərinə atəş açmışdır” başlıqlı məqalə dərc edilib.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutmaları və bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına dair məlumatlar yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.