28
Sentyabr

28 Sentyabr

Media

Qırğızıstanın “goldenbridgenews.com” “turktoday.info” portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ilə bağlı məqalə yayıb.

Yazılarda dövlətimizin başçısının çıxışlarından sitatlar verilib, Ermənistanın ölkəmizə qarşı təxribatlar törətdiyi və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçib və əməliyyat uğurla davam edir.

Materiallarda, həmçinin Prezident İlham Əliyevin Tovuz döyüşləri ilə bağlı fikirlərinə də yer verilib: “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.