Media
Misir mətbuatı Ermənistanın Azərbaycan ərazilərində davam edən hərbi təxribatı barədə materiallar dərc edib.
Bu ölkənin “Cairo24”, “Alhwar” , “Aldawlanews”, “Elhayaanews”, “Elwatannews”, “Aldiplomasy” internet portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitatları yayıblar.
Misir KİV-ləri, həmçinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarına, Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına və Xarici İşlər Nazirliyinin bəyanatına da yer veriblər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.