29
Sentyabr

29 Sentyabr

Media

Gürcüstanın nüfuzlu və üç dildə (rus, gürcü və ingilis dilləri) yayımlanan “report.ge” portalı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından material hazırlayıb.

“İlham Əliyev: Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sərlövhəli məqalədə Azərbaycan Ordusunun cəbhədəki qələbəsi və əks hücumu nəticəsində topraqlarımızın bir qisminin işğaldan azad olunduğu bildirilir.

Azərbaycan Prezidentinin çıxışından gətirilən sitatda deyilir: “Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib”.

Məqalədə daha sonra bildirilir: “Biz öz torpağımızda vuruşuruq. Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Qeyd edək ki, “report.ge” portalı Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı mübarizə barədə silsilə materiallar yayır. Gürcü oxucularına Azərbaycanın haqq işi barədə xəbərlər çatdırılır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.