
Zəfərin yolu
Ermənistan silahlı qüvvələrinin bölmələri rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirməyək nəinki öz mövqelərini, hətta döyüş bayraqlarını də qoyub qaçır.
Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.
Döyüş bayrağı hər bir hərbi hissənin şərəf və qeyrət rəmzidir. Bu bayraq aid olduğu hərbi hissə ilə birlikdə döyüş əməliyyatları bölgəsində olmalıdır. Hərbi hissənin bütün şəxsi...
Ordumuz uğurlu əməliyyat nəticəsində Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Əməliyyatın gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə...
Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir. Buna səbəb çoxlu sayda itkilərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətində ruh düşkünlüyünün müşahidə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, itkilərinin gündən-günə artması və ehtiyat qüvvələrinin...
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfini dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu gün Şəmkirin Sabirkənd, Tovuzun Ağdam, Bərdənin Əmirli, Ağdamın Quzanlı, Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli yaşayış məntəqələri düşmən tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb. Mülki əhali arasında ölən və yaralananlar var. Müəyyən olunub ki, yaşayış məntəqələrinin bəziləri...
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələrinə vurduğu sarsıdıcı zərbələrlə bağlı yeni görüntüləri təqdim edib.
Nazirliyin mətbuat xidmətindən daxil olan videogörüntülərdə düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin “bayrağı”nın göyə sovurulması, eləcə də Ermənistan ordusuna məxsus tanklarının məhv edilməsi əks olunub.