Cəbhə xəbərləri
Ermənistan ordusuna sarsıdıcı zərbələr vurulub
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələrinə vurduğu sarsıdıcı zərbələrlə bağlı yeni görüntüləri təqdim edib.
Nazirliyin mətbuat xidmətindən daxil olan videogörüntülərdə düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin “bayrağı”nın göyə sovurulması, eləcə də Ermənistan ordusuna məxsus tanklarının məhv edilməsi əks olunub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.