02
Oktyabr

2 Oktyabr

Cəbhə xəbərləri

Düşmənin canlı qüvvə və döyüş texnikası məhv edilib

Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və döyüş texnikasının məhv edilməsinə dair yeni görüntüləri paylaşıb.

Videoda bölmələrimizin dəqiq zərbələri nəticəsində düşmənin canlı qüvvə və döyüş texnikasının məhv edilməsi əks olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.