Cəbhə xəbərləri
Ermənistan ordusunun əsgərləri arasında atışma olub
Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki 6-cı dağ atıcı alayının əsgərləri arasında atışma baş verib.
Ermənistanda şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi hərbçilərdə ruh düşkünlüyü yaradıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.