Zəfərin yolu
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib. Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 230-dək tank və digər zirehli texnika;
- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 38 ədəd hava hücumundan müdafiə vasitələri;
- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 7 silah-sursat anbarı;
- 130-dan artıq...
Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub.
Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Tərtər rayonunun Suqovuşan və Talış kəndlərini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir.
Döyüş əməliyyatları davam edir.