Zəfərin yolu
Ermənistan hərbi birləşmələri Azərbaycan Ordusu bölmələrinin hücumlarının təzyiqləri altında bütün cəbhəboyu ağır itkilər verir.
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun hərbi birləşmələrinin öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşdiyi məlum olub.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.
Ötən müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.
Ermənistan ordusunun alay komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Alayın köməyinə gələn düşmənin əlahiddə həmlə...
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 1-də keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanın ərazisindən cəbhəboyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz...
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 200-dək tank və digər zirehli texnika;
- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 30 ədəd hava hücumundan müdafiə vasitələri;
- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 5 silah-sursat anbarı;
- 110-dan...