27
Oktyabr

27 Oktyabr

Yerli media

Azərbaycan Ordusunun düşməndən götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilir (Azərtac)

Azərbaycan Ordusunun döyüş zamanı düşməndən qənimət kimi götürdüyü tanklar yenidən döyüşə hazırlanır.

Oordumuz tərəfindən götürülən düşmənin 8 tankından 4-ü saz vəziyyətdədir. Digər 4 tank isə təmir olunduqdan sonra yenidən döyüşlərə cəlb ediləcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.