27
Oktyabr

27 Oktyabr

Yerli media

Ermənilər Aysunu öldürdü, 3 yaşlı bacısını isə yaraladı (AzVision)

Bu gün Ermənistan ordusunun Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması nəticəsində 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Erməni təcavüzü nəticəsində həlak olan vətəndaşlarımızdan biri 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Hadisə zamanı onun 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.