09
Oktyabr

9 Oktyabr

Xarici media

Çilinin “Infogate” xəbər agentliyi Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş müşaviri Vasif Hüseynovun “Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, həm də beynəlxalq hüquqdadır” sərlövhəli məqaləsini dərc edib.

Vasif Hüseynovun bu məqaləsində qeyd edildiyi kimi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirir, Azərbaycan Ordusunun əks-hücumlarının qarşısında durmağa Ermənistanın canlı qüvvəsi və hərbi texnikası çatmır, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasını tələb edir.

Məqalədə diqqətə çatdırılır ki, 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə birinci Qarabağ müharibəsinə son qoymuş atəşkəs barədə müqavilə bağlanandan 26 il sonra bu il sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişə yenidən genişlənərək az qala tammiqyaslı müharibəyə çevrildi. Münaqişənin eskalasiyası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların iflasa uğramasından sonra başlayıb. Bu gün Azərbaycan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün bərpası tələbi ilə mübarizəni davam etdirir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.