Xarici media
Özbəkistanın “tnews.uz”, “fikr.uz”, “islamonline.uz”, “orol24.uz”, “azon.uz”, “interpress.uz” və “interfax.uz” xəbər portalları cəbhə xəttində vəziyyətlə bağlı özbək və rus dillərində materiallar dərc edib.
“Tnews.uz” portalı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət və tarixi abidələrin dağıdılması ilə əlaqədar məqalə yayıb.
“orol24.uz” portalı Ermənistanın baş nazirinin müşaviri Vaqarşak Arutunyanın “Rossiya 1” telekanalının “Vesti” proqramına müsahibəsində Azərbaycanda vahimə yaratmaq üçün mülki əhalini hədəf seçdiklərini etiraf etməsinə diqqət çəkib.
Məqalələrdə, həmçinin Azərbaycan Ordusunun irəliləməsi, işğal altındakı ərazilərin bir hissəsinin azad olunması ilə bağlı məlumatlar yer alıb. Eyni zamanda, atəşkəs elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələrinin yeni təxribatlar törətdiyi bildirilib.