09
Oktyabr

9 Oktyabr

Xarici media

Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun “Aldiplomasy” nəşrində dərc olunmuş “Azərbaycan 30 ildir erməni işğalı altında olan torpaqlarını azad edir” sərlövhəli məqaləsində Ermənistanın ərazilərimizin 20 faizini işğal etməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymaması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, işğalçı ölkənin son hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edir.

Rayetmısr” portalında isə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlının “Beynəlxalq hüquq Azərbaycana öz ərazilərini erməni işğalından azad etmək haqqı verir” sərlövhəli məqaləsi yerləşdirilib. Müəllif xalqımızın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək hüququnu beynəlxalq miqyasda qəbul edilmiş sənədlərlə əsaslandırır. Məqalədə, həmçinin Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra davam edən döyüşlərdə məğlub olaraq, çarəsizlikdən Azərbaycanın mülki obyektlərini hədəfə alması, dinc əhalini qətlə yetirməsi barədə ətraflı məlumat verilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.