07
Oktyabr

7 Oktyabr

Xarici media

Ukraynanın nüfuzlu KİV-ləri Ermənistanın hərbi təxribatları, Azərbaycan Ordusunun uğurlu əks-həmləsi barədə məlumatlar yaymaqda davam edir.

RBK-Ukrayna”, UNİAN, "Obozrevatel", “İnterfaks-Ukrayna”, Ukrinform informasiya agentliklərində, “Seqodnya”, QORDON nəşrlərində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24”, “1+1”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Ermənistanın münaqişənin həllində güzəştə hazır olması, Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalması, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə raket hücumu barədə məlumatlar yer alıb.

Bundan başqa, Prezident İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində söylədiyi fikirlər də Ukrayna mediasının diqqət mərkəzində olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.