Xarici media
Misir və Sudan KİV-lərində Azərbaycan xalqının Vətən müharibəsi haqqında materiallar yerləşdirilməkdə davam edir.
Sudanın “Bajnews” portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlar yayıb. Qeyd edilib ki, dövlətimizin başçısı atəşkəsin yalnız işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasından sonra mümkün olacağını vurğulayıb.
Nüfuzlu “Gomhuriaonline” saytında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Ermənistanın hərbi əməliyyatlarda İraqdan və Suriyadan muzdlu döyüşçülər gətirməsi ilə bağlı yaydığı səs yazıları barədə xəbər yerləşdirilib.
“Aldiplomasy” internet nəşri isə oktyabrın 6-da Ermənistan ərazisindən Gəncə şəhərinə atılan raket nəticəsində başından yaralanan azyaşlı uşaq haqqında məlumatı yayıb.
“Egyptonline” portalının yaydığı xəbərdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirməsi, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısının alındığı barədə məlumat verilib.