07
Oktyabr

7 Oktyabr

Xarici media

Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” adlı məqalə dərc edilib.

Məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərinə yer verilib.

Müsahibə zamanı Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişə zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını bildirib.

Prezidentin köməkçisi Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulayıb.

H.Hacıyev qeyd edib ki, atəşkəs çağırışı, həmçinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair çağırış ciddi bir siyasi mesajla müşayiət olunmalıdır.

Eyni zamanda, o, Azərbaycan hərbçilərinin Xankəndidəki və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.