Zəfərin yolu
Avstraliyanın geniş oxucu auditoriyasına malik olan “The Australian” qəzeti Dağlıq Qarabağda baş verən son hadisələri təhrif edən məqaləyə Azərbaycanın müvəqqəti işlər vəkili Ramil Qurbanovun cavab məktubunu dərc edib.
Azərbaycanlı diplomat qəzetin redaksiyasına ünvanladığı məktubda sentyabrın 27-dən başlayaraq Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərlə əlaqədar qəzetdə dərc olunmuş reallığı təhrif edən yazı ilə əlaqədar etirazını bildirib.
Qəzetin dərc etdiyi məktubda diplomat Azərbaycanın yeddi rayonu ilə...
İsveçrənin nüfuzlu “Tages Anzeiger” qəzetinin tematik əlavəsi olan dərgisində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ilə müsahibə dərc olunub.
Müsahibədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun gələcək inkişafına dair fikirlərinə geniş yer verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin “Biz Qarabağ regionunun gələcəyini dinc bir ərazi kimi görürük. Biz öz investisiyalarımızla və quruculuq təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü...
Yaponiyanın nüfuzlu “The International Friendship Exchange Council” (FEC) təşkilatının aylıq “FEC news” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin müsahibəsi dərc edilib.
Yapon və ingilis dillərində yayılan müsahibədə səfir Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu münaqişənin tarixi 1988-ci ildən başlayır. O zaman Dağlıq Qarabağda yaşayan erməni separatçıları regionun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələbi ilə çıxış ediblər. Keçmiş SSRİ-nin dağılması ərəfəsinə təsadüf edən...
Almaniyanın “nex24.news” portalında Berlin Humboldt Universitetinin doktorantı Asif Məsimovun müəllifliyi ilə “Dağlıq Qarabağ: İosif Stalin tərəfindən ixtiyari demarkasiya” sərlövhəli məqalə dərc olunub.
Məqalədə bəzi alman jurnalistlərin Dağlıq Qarabağın tarixi ilə bağlı yoxlanılmamış məlumatları dərc etməsinə cavab olaraq Qafqaz Bürosunun 05.07.1921-ci il tarixli iclasında həmin bölgənin Azərbaycan SSR hüdudlarında saxlanmasına dair qərara istinad verilir və həmin arxiv sənədi təqdim olunur.
Amerikada çıxan “Newsweek” jurnalında Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr ata və Qafqaz müsəlmanları idarəsinin sədri Hacı Allahşükür Paşazadənin imzası ilə “Qarabağın gələcəyi naminə bir məsləkdəyik” sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəllifləri - Azərbaycanın yəhudi, xristian pravoslav və müsəlman icmalarının liderləri dünya KİV-lərində yayılmış, ölkəmizin qoşulduğu “müqəddəs müharibə”də xristianların guya təhlükədə olması barədə xəbərlərə münasibət...
Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı davam etdirdiyi hərbi təxribatlarına dair məlumatları gündəmdə saxlamaqdadır.
Ölkənin "Anadolu Ajansı", "Aydınlık", "Sabah", "HABER", "TRT HABER", "Yeni Avaz" və s. xəbər saytlarında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində, eləcə də münaqişə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın yaşayış məntəqələrini atəş altında saxlamasına dair xəbərlər, düşmən ordusunun qadağan olunmuş...
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycanın Tərtər və Ağdam rayonlarının noyabrın 5-də Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulması barədə məqalə yayıb.
Məqalədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla deyilir: “Noyabrın 5-də saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, Tərtər rayonunun Səhləbad kəndini, həmçinin Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür”.
Məlumatda, həmçinin Anadolu agentliyinə...
Çilinin “Infogate” xəbər agentliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin məqaləsini yayıb.
Məqalədə müəllif Dağlıq Qarabağ regionunda münaqişənin son eskalasiyasından sonra bəzi ekspertlərin və KİV nümayəndələrinin demokratiyanın olmamasının Ermənistanla Azərbaycan arasında münaqişədə əsas amil olması ilə bağlı fikirlərinə münasibət bildirir. O yazır ki, demokratiyanın olmaması probleminin aktuallığını aradan götürən arqumentlər arasında, ilk növbədə, münaqişənin tarixi qeyd edilməlidir. Tarixdən başqa, həmçinin münaqişənin Ermənistanın...
Vyetnamın "Viet Times" xəbərlər agentliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Nazirlər Komitəsinin 130-cu iclasındakı çıxışına istinadən "Azərbaycan xarici işlər naziri: Ermənistanın əməlləri açıq-aşkar hərbi cinayətdir" sərlövhəli məqalə yayıb.
Məqalədə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurd-yuvalarından qovulduğu bildirilib. Yazıda nazir Ceyhun Bayramovun çıxışına istinadən vurğulanıb ki, ATƏT-in Minsk qrupunun son 28 il ərzində fəaliyyəti münaqişənin...
Özbəkistanın “fikr.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini rus dilində tam olaraq dərc edib.
“interpress.uz” portalı isə Ukrayna və İranın yenidən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini yazıb.
Sayt bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib: “Ukraynanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinə tərəfdardır”.
Portal yazır ki,...
Ermənistanda və Gürcüstanda fəaliyyət göstərən kanadalı jurnalist Neil Hauerin Səudiyyə Ərəbistanının ingilisdilli “Arabnews” qəzetində dərc edilmiş “Dağlıq Qarabağ münaqişəsində tezliklə həlledici məqam ola bilər” sərlövhəli məqaləsində Azərbaycan Ordusunun cəbhədə böyük qələbələr qazandığı bildirilir.
Cbhə bölgəsində - Xankəndi və Şuşada olmuş kanadalı jurnalist Ermənistan silahlı qüvvələrinin artıq tamamilə məğlub olması və bütün Dağlıq Qarabağın Azərbaycan Ordusunun nəzarətinə keçəcəyi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, yaxın vaxtlarda...
"The Daily Tribune-News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın tarixi əsassız saxtalaşdırmaq cəhdləri” sərlövhəli məqaləsi dərc olunub.
Bir çoxlarının Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış təsəvvürləri olduğunu, bəzilərinin bu problemə qərəzli yanaşması, digərlərinin isə məlumatsız olması səbəbindən yanlış fikirlər yürüdüldüyünü qeyd edən müəllif bir neçə ölkədə öz vətəndaşları arasında ermənipərəst dairələrin Azərbaycan əleyhinə mövqe formalaşdırdığını yazır. Bu cür halların beynəlxalq mediada da...
Çilinin “Infogate” agentliyinin saytında “Azərbaycan Ermənistanı Dağlıq Qarabağda müsəlman ziyarətgahlarının dağıdılmasında ittiham edir” sərlövhəli məqalə dərc edilib .
Məqalədə Azərbaycanın Dağlıq Qarabağdakı müsəlman ziyarətgahlarının və qəbiristanlıqlarının təhqir edilməsində Ermənistanı ittiham etməsi və UNESCO-dan təcili olaraq tədbirlər görməyi xahiş etməsi barədə bildirilir.
“Infogate” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsində erməni işğalı zamanı tarixi abidənin donuz damına çevrilməsi barədə...