06
Noyabr

6 Noyabr

Xarici media

Ermənistanda və Gürcüstanda fəaliyyət göstərən kanadalı jurnalist Neil Hauerin Səudiyyə Ərəbistanının ingilisdilli “Arabnews” qəzetində dərc edilmiş “Dağlıq Qarabağ münaqişəsində tezliklə həlledici məqam ola bilər” sərlövhəli məqaləsində Azərbaycan Ordusunun cəbhədə böyük qələbələr qazandığı bildirilir.

Cbhə bölgəsində - Xankəndi və Şuşada olmuş kanadalı jurnalist Ermənistan silahlı qüvvələrinin artıq tamamilə məğlub olması və bütün Dağlıq Qarabağın Azərbaycan Ordusunun nəzarətinə keçəcəyi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, yaxın vaxtlarda müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatacaq.

Prezident İlham Əliyevin “Şuşa bizim tarixi şəhərimizdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” sözlərini sitat gətirən kanadalı jurnalist qeyd edib ki, sıldırım qayaların əhatəsində yerləşən bu şəhərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanın bütün Dağlıq Qarabağı itirməsi demək olacaq.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.