06
Noyabr

6 Noyabr

Xarici media

Çilinin “Infogate” agentliyinin saytında “Azərbaycan Ermənistanı Dağlıq Qarabağda müsəlman ziyarətgahlarının dağıdılmasında ittiham edir” sərlövhəli məqalə dərc edilib .

Məqalədə Azərbaycanın Dağlıq Qarabağdakı müsəlman ziyarətgahlarının və qəbiristanlıqlarının təhqir edilməsində Ermənistanı ittiham etməsi və UNESCO-dan təcili olaraq tədbirlər görməyi xahiş etməsi barədə bildirilir.

“Infogate” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsində erməni işğalı zamanı tarixi abidənin donuz damına çevrilməsi barədə yerləşdirdiyi video və məlumatı dərc edib.

Çili agentliyi Hikmət Hacıyevdən sitat gətirərək yazır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardakı tarixi abidələri üzərində onların Azərbaycana məxsusluğuna dair izləri silməyə çalışır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.