Xarici media
Almaniyanın “nex24.news” portalında Berlin Humboldt Universitetinin doktorantı Asif Məsimovun müəllifliyi ilə “Dağlıq Qarabağ: İosif Stalin tərəfindən ixtiyari demarkasiya” sərlövhəli məqalə dərc olunub.
Məqalədə bəzi alman jurnalistlərin Dağlıq Qarabağın tarixi ilə bağlı yoxlanılmamış məlumatları dərc etməsinə cavab olaraq Qafqaz Bürosunun 05.07.1921-ci il tarixli iclasında həmin bölgənin Azərbaycan SSR hüdudlarında saxlanmasına dair qərara istinad verilir və həmin arxiv sənədi təqdim olunur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.