07
Noyabr

7 Noyabr

Misirin “Aldiplomasy” informasiya portalı Qubadlı məscidinin Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilməsi haqqında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin özünün “Twitter” hesabında açıqlamasını və videomaterialı yayıb.

Xəbərdə qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

07
Noyabr

7 Noyabr

Misirin geniş oxucu auditoriyasına malik “Almasryalyoum” portalında Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin ünvanına səsləndirdiyi tənqidi fikirlər yer alıb.

Portalın xəbərində dövlətimizin başçısının müsahibəsindən aşağıdakı sitat önə çıxarılıb: “Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada...

07
Noyabr

7 Noyabr

Vladimir Poqosyan ad-soyadlı yüksək vəzifəli erməni məmur sosial şəbəkədəki postunda Dağlıq Qarabağda Ermənistanın təhrikçiliyinə cavab olaraq əks-hücum əməliyyatları aparan Azərbaycan Ordusuna İsraildən silah göndərilməsinin əleyhinə olduğunu bildirib.

Bu fikirlər İsrailin populyar “YNET” informasiya-analitik saytında öz əksini tapıb.

Vladimir Poqosyan yazır: “Biz Azərbaycan Ordusunu quranları bağışlamayacağıq”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu bəyanatı şərh edərək bildirib ki, İsrail ilə Azərbaycan arasında səmimi münasibətlər Ermənistanı qıcıqlandırmaya, onda kin-küdurət,...

07
Noyabr

7 Noyabr

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının atəşə tutulması ilə bağlı geniş məlumat yayıb.

Ukrinform, UNİAN, “Pravda”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialoq” “TCN” və digər portallarında dərc olunan məqalələrdə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasına 6 güllənin atıldığı qeyd olunur.

Bildirilir ki, noyabrın 6-dan 7-nə keçən gecə 02:30 radələrində Fəxri konsulluğun Yaroslav...

07
Noyabr

7 Noyabr

Almaniyanın “nex24.news” portalında Asif Məsimovun müəllifi olduğu “Azərbaycan: 1500 dini icma” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycandakı multikulturalizm və dini tolerantlıq ənənələri barədə məlumat verilir.

Həmçinin ölkəmizdəki multikulturalizm və dini tolerantlıq ənənələri ilə bağlı alman dilində video təqdim olunub.

07
Noyabr

7 Noyabr

Misirin “Garbnews” informasiya portalı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün rəsmi “Twitter” hesabında rəşadətli Ordumuzun daha 16 kəndi azad etməsi barədə paylaşımını yayıb.

Ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə yayılan xəbərdə bildirilir ki, Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan...

07
Noyabr

7 Noyabr

Malayziyanın ingilis dilində nəşr olunan nüfuzlu “New Straits Times” qəzeti Ermənistanın Azərbaycan diplomatlarını hədəfə alması barədə məqalə yayıb.

“Azərbaycanlı diplomatlar Ermənistanın hədəfinə çevrilir” adlı məqalədə ölkəmizin Ukraynanın Xarkov şəhərində yerləşən Fəxri konsulluğunun odlu silahdan atəşə tutulması barədə ətraflı məlumat və bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı öz əksini tapıb.

Məlumatda bildirilir ki, noyabrın 6-dan 7-nə keçən gecə saat 2:30 radələrində Azərbaycan Respublikasının Ukraynanın...

07
Noyabr

7 Noyabr

Özbəkistan “kun.uz” və “fikr.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məqalələr yerləşdirib.

“kun.uz” portalı MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclasının keçirilməsi və tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə əlaqədar məqalə çap edib.

Baş nazir iclasda Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks-hücumu, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri, Gəncə, Mingəçevir, Bərdə və digər məntəqələrimizin dinc əhalisini “Smerç”, “Tochka-U”, “Elbrus” və digər...