Zəfərin yolu
Misirin “Almasralyoum”, “Alwasela”, “Aldiplomasy”, “Nİle1” və “Garbnews” informasiya portalları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında şanlı Ordumuzun daha 7 kəndi işğaldan etməsi ilə bağlı paylaşımına dair informasiyalar yayıb.
Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın dövlət başçısı müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etdiyini bəyan edib.
İnformasiya portallarında yayılan xəbərlərdə...
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi.
Bu fikir ABŞ-ın “VICE News” kanalının jurnalisti Hind Hassanın “Instagram” səhifəsindəki paylaşımında yer alıb.
Jurnalist insanların hətta öz övladlarını dəfn etdikləri zaman belə hərbi əməliyyatların dayandırılmasını istəmədiklərinin şahidi olduqlarını yazır. O qeyd edir ki, insanlar 27 ildir aparılan diplomatik danışıqların nəticəsiz qaldığını, Ermənistanın işğalı...
Almaniyanın “nex24.news” nəşrində azərbaycanlı ekspert Qurban Məmmədovun Azərbaycan Silahlı Qüvvələrinin ölkənin işğal edilmiş Dağlıq Qarabağ regionunda apardığı antiterror və xilaskarlıq əməliyyatlarına dair şərhləri dərc olunub.
Məqalədə Dağlıq Qarabağ münaqişəsi barədə qısa tarixi məlumat nəzərə çatdırılır. Həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə və beynəlxalq hüququn digər sənədlərinə aid məlumat verilir. Müəllif Azərbaycan Silahlı Qüvvələrinin xilaskarlıq əməliyyatlarının legitimliyini, onun beynəlxalq hüquq normalarına tam uyğunluğunu əsaslandırır.
Avstraliyanın ingilis və ərəb dillərində yayımlanan “Farah news” saytı Azərbaycan Silahlı Qüvvələrinin daha yeddi kəndi işğaldan azad etməsi barədə məlumat yayıb.
Məlumatda, həmçinin sentyabrın 27-dən başlayan döyüşlərdə oktyabrın 10-dan sonra üç dəfə atəşkəs elan olunsa da, Ermənistanın hər üç halda atəşkəs barədə razılaşmanı pozaraq mülki əhaliyə və hərbi obyektlərə hücum etdiyi bildirilir.
Eyni zamanda, Türkiyənin daim Azərbaycanın haqq işini müdafiə etdiyi və Ermənistan ordusunun işğal...
Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin Ermənistanın hərbi təcavüzünün nəticələri barədə məqaləsini dərc edib.
“Erməni təcavüzünə qarşı tədbirlər görülməlidir” sərlövhəli məqalədə Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı hücumlarının beynəlxalq ictimaiyyət tərəfindən pisləndiyi və bu qınaqların davam etməsinin zəruriliyi vurğulanır. Diqqətə çatdırılır ki, sentyabrın 27-də Ermənistanın işğal etdiyi ərazilərdəki təmas xəttində növbəti hərbi təxribatından sonra Azərbaycan...
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nə etnik zəmindədir, nə də dini zəmində. Vəziyyətə diqqətlə yanaşmaq lazımdır. Azərbaycan dünyəvi ölkədir, multietnik və çoxdinli parlamentli respublikadır. Bakıda kilsə məscid və sinaqoqla eyni küçədə yerləşir. Bizim üçün din məsələsi mövzu deyil. Azərbaycanda da erməni azlığı yaşayır. Sovet İttifaqı dövründə Ermənistanda olan Azərbaycan mənşəli bütün azlıq 1987-ci ildə oradan qovuldu. Ölkəmizdəki azlıqların hüquqları Ermənistandan daha yüksək səviyyədə təmin edilir. Ermənistanda etnik müxtəliflik yoxdur. Münaqişənin...
Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı Azərbaycan Ordusunun Qarabağ uğrunda güdən döyüşlərdəki uğurlarından bəhs edib.
Məqalədə müharibənin ilk günlərindən indiyədək olan rəsmi statistika öz əksini tapıb.
Rəşadətli Ordumuzun tezliklə qələbə çalacağına, Azərbaycan əzəli torpaqlarının düşməndən azad olunacağına böyük inam ifadə olunub.
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Telekanalın xəbərlər buraxılışının qonağı olan səfir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
Aparıcının Ermənistanın Rusiyadan kömək istəməsi ilə bağlı sualını cavablandıran diplomat hər iki ölkənin vahid hərbi bloka üzv olduğunu bildirib. Səfir ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin nizamlanmasındakı rolundan danışıb və Azərbaycan Prezidenti İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi son müsahibələr...
Özbəkistanın “orol24.uz” və “azon.uz” xəbər portalları Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı haqq işindən yazır.
“orol24.uz” saytı ABŞ-ın Azərbaycanda - müharibə zonasında olan “VICE News” kanalının jurnalisti Hind Hassanın “Instagram” səhifəsindəki paylaşımına yer ayırıb. Jurnalist yazır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi”.
Müxbir insanların hətta şəhid olmuş övladlarını...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Ukrayna mətbuatında geniş işıqlandırılıb.
Ukraynanın nüfuzlu “Seqodnya”, “RBK-Ukrayna" portallarında Prezident İlham Əliyevin Ermənistanın müharibəni dayandırmaqda maraqlı olmadığını bildirdiyi qeyd olunub.
Məqalələrdə dövlətimizin başçısına istinadla yazılıb: “Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar,...