05
Noyabr

5 Noyabr

Xarici media

Avstraliyanın ingilis və ərəb dillərində yayımlanan “Farah news” saytı Azərbaycan Silahlı Qüvvələrinin daha yeddi kəndi işğaldan azad etməsi barədə məlumat yayıb.

Məlumatda, həmçinin sentyabrın 27-dən başlayan döyüşlərdə oktyabrın 10-dan sonra üç dəfə atəşkəs elan olunsa da, Ermənistanın hər üç halda atəşkəs barədə razılaşmanı pozaraq mülki əhaliyə və hərbi obyektlərə hücum etdiyi bildirilir.

Eyni zamanda, Türkiyənin daim Azərbaycanın haqq işini müdafiə etdiyi və Ermənistan ordusunun işğal altındakı ərazilərdən çıxarılmasını dəstəklədiyi vurğulanır. Diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan ordusunun Azərbaycanın işğal altındakı torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, işğalçı ölkə bu tələbi 27 il ərzində yerinə yetirməyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.