05
Noyabr

5 Noyabr

Xarici media

Almaniyanın “nex24.news” nəşrində azərbaycanlı ekspert Qurban Məmmədovun Azərbaycan Silahlı Qüvvələrinin ölkənin işğal edilmiş Dağlıq Qarabağ regionunda apardığı antiterror və xilaskarlıq əməliyyatlarına dair şərhləri dərc olunub.

Məqalədə Dağlıq Qarabağ münaqişəsi barədə qısa tarixi məlumat nəzərə çatdırılır. Həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə və beynəlxalq hüququn digər sənədlərinə aid məlumat verilir. Müəllif Azərbaycan Silahlı Qüvvələrinin xilaskarlıq əməliyyatlarının legitimliyini, onun beynəlxalq hüquq normalarına tam uyğunluğunu əsaslandırır.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.