05
Noyabr

5 Noyabr

Xarici media

Misirin “Almasralyoum”, “Alwasela”, “Aldiplomasy”, “Nİle1” və “Garbnews” informasiya portalları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında şanlı Ordumuzun daha 7 kəndi işğaldan etməsi ilə bağlı paylaşımına dair informasiyalar yayıb.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın dövlət başçısı müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etdiyini bəyan edib.

İnformasiya portallarında yayılan xəbərlərdə qeyd edilib ki, beynəlxalq təşkilatların müraciətləri və humanitar atəşkəs razılaşmalarına rəğmən, Ermənistan silahlı qüvvələri şəhər və kəndlərə, dinc əhaliyə və mülki obyektlərə raket hücumlarını davam etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.