28
Oktyabr

28 Oktyabr

İspaniyanın qocaman qəzetlərindən biri olan La Vanguardia nəşrində “Bərdə şəhərinin atəşə tutulması nəticəsində ən azı 20 mülki şəxs həlak olub” adlı məqalə dərc edilib.

İspan nəşri Azərbaycan Respublikasının Baş Prokurorluğunun bəyanatına istinadla diqqətə çatdırır ki, bu gün erməni qüvvələrinin kaset bombalarını tətbiq etməklə Azərbaycanın Bərdə şəhərinə hücumu nəticəsində ən azı 20 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.

Qeyd edilir ki, erməni qüvvələri o...

28
Oktyabr

28 Oktyabr

Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində biri uşaq olmaqla, dörd nəfərin həlak olması və daha 13 nəfərin yaralanması barədə məlumat yayıb.

Məlumatda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına da xüsusi yer verilib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində gözlənilən görüşü ərəfəsində baş verən terror aktı Ermənistanın...

28
Oktyabr

28 Oktyabr

Misirin “Almasry alyoum” portalında tədqiqatçı jurnalist Əşrəf Əbu Urafənin “Azərbaycan Ordusu Xocalı soyqırımını törədən Ermənistana ağır zərbələr endirib” sərlövhəli məqaləsi yerləşdirilib.

Müəllif 28 il əvvəl Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının, habelə mülki insanlara qarşı digər cinayətlərin cavabının bu gün döyüş meydanında verildiyini qeyd edib.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan hakimiyyəti Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini, işğal altında...

28
Oktyabr

28 Oktyabr

Misirin “Cairo24” və “Almasry alyoum” portalları, həmçinin “Asiaelyoum” informasiya agentliyi oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə yenidən raket hücumu etməsi və mülki insanların qətlə yetirilməsi barədə xəbərlər yayıblar.

İstinadla yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ermənilərin növbəti müharibə cinayəti ilə əlaqədar yaydığı məlumatda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla...

28
Oktyabr

28 Oktyabr

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev bu ölkənin nüfuzlu Respublika Radiosuna Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibə verib.

Müsahibədə səfir oktyabrın 26-da növbəti humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin artıq üçüncü dəfə atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutduğunu, habelə cəbhə bölgəsinə yaxın yaşayış yerlərinin intensiv atəşə məruz qaldığını bildirib.

Ermənistanın oktyabrın 10-da Moskva bəyanatının ardınca Gəncə şəhərinin mülki əhalisini ballistik raketlə atəşə tutduğunu, oktyabrın 18-də...

28
Oktyabr

28 Oktyabr

Xorvatiyanın “Zagorje” xəbər portalında Ermənistan tərəfinin ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması barədə məqalə dərc olunub.

“Tərtərin qəhrəmanlığı” sərlövhəli məqalədə atəş nəticəsində mülki əhali arasında, ölən və yaralananlar barədə statistika əksini tapıb. Bildirilib ki, hücumlar nəticəsində məktəblər və mülki xəstəxanalar da daxil olmaqla, ümumilikdə 2000-dən çox yaşayış evi və inzibati bina dağıdılıb. Xüsusilə Tərtər şəhərində böyük dağıntılar törədilib.

Müəllif, eyni zamanda, vurğulayıb ki, Ermənistan dinc...

28
Oktyabr

28 Oktyabr

İspaniyanın beynəlxalq münasibətlər və geosiyasi təhlil sahəsində fəaliyyət göstərən “Descifrando La Guerra” internet portalı Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun müsahibəsini yayıb.

Müsahibə zamanı portalın eksperti Alexandro Lopes Kanorea səfir A.Məhərrəmova Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən işğalçı ölkənin növbəti təxribatına Azərbaycanın cavabı, habelə beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı mövqeyi, Türkiyənin Azərbaycana dəstəyi barədə suallar ünvanlayıb.

Sualları cavablandıran Anar...

28
Oktyabr

28 Oktyabr

“Sərhədsiz Reportyorlar” jurnalist Lizron Budula və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir

“Sərhədsiz Reportyorlar” Fransanın TF1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham olunduğunu bəyan edib.

Oktyabrın 22-də TF1 kanalında “Saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist və...

28
Oktyabr

28 Oktyabr

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycanın şəhərlərinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına raket hücumunu pisləyən veriliş yayımlanıb.

Verilişin aparıcılar Kazuyasu İşida və Yasuhiro İşibaşi yapon tamaşaçılara Azərbaycan, onun coğrafi mövqeyi, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası barədə məlumat veriblər. Qeyd ediblər ki, qədim və zəngin tarixə malik olan Naxçıvanın adı bəşəriyyəti böyük daşqından xilas edən Nuh peyğəmbərin quruya çıxdığı yer kimi izah edilir. Çox zəngin...

28
Oktyabr

28 Oktyabr

Kolumbiyanın aparıcı KİV-lərindən “Extra Bogota” və “HSB Noticias” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın terror siyasəti haqqında müsahibəsi dərc olunub.

Müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı...

28
Oktyabr

28 Oktyabr

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna raket hücumu barədə xəbər yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 27-də yayılmış bəyanatına əsasən qeyd edilib ki, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə əldə edilən humanitar atəşkəs razılaşdırılmasını kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq...

28
Oktyabr

28 Oktyabr

Oktyabrın 28-də düşmənin Bərdəyə raket zərbəsi endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında bunu danaraq “cəfəngiyat və yalan” olduğunu yazmışdı. Almaniyanın nüfuzlu “Sueddeutsche Zeitung” nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.

Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözləri ilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin...

28
Oktyabr

28 Oktyabr

Ukraynanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb.

Ukraynanın nüfuzlu UNİAN informasiya agentliyində, “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent”, “Dialog” portallarında dərc edilən məqalələrdə, “Ukraina-24” telekanalında efirə gedən reportajlarda Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilir.

Məqalələrdə Azərbaycan...

28
Oktyabr

28 Oktyabr

Çoxsaylı məlumatlar göstərir ki, bir aydır davam edən döyüşlər müddətində qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “ordu”sunun hərbi potensialı məhv olmasa da, xeyli tükənib. Azərbaycan Ordusu isə öz döyüş potensialını saxlayır, hücumu davam etdirir və tədricən Qarabağın içərilərinə doğru irəliləyir.

Bu barədə hərbi ekspert Vladislav Şurıqin yazır.

“Svobodnaya pressa” nəşrində “Paşinyan uçurum üzərindədir” sərlövhəli analitik məqalədə qeyd edilir ki, “DQR” “ordusu”nun itkiləri çox böyükdür. “DQR” “Müdafiə...

28
Oktyabr

28 Oktyabr

İndoneziyanın Bakıdakı sabiq səfiri Hüsnan Bəy Fanani ölkəsinin nüfuzlu “Republika” qəzetinə müsahibəsində Azərbaycan gənclərinin vətənpərvərliyindən danışıb.

Sabiq səfir Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızı azad etmək uğrunda apardığımız döyüşlərin Azərbaycan gəncləri arasında böyük ruh yüksəkliyi yaratdığını bildirib, onların düşməni işğal altındakı ərazilərimizdən çıxarmağa qadir olduqlarını vurğulayıb.

H.B.Fanani müharibənin Azərbaycan xalqında qorxu və təşviş yaratmadığını, hətta azərbaycanlıların əksəriyyətinin, xüsusilə gənclərin Vətəni qorumaq məqsədilə ön cəbhədə...

28
Oktyabr

28 Oktyabr

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın oktyabrın 28-də Bərdəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məqalə yerləşdirilib.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Ermənistan silahlı qüvvələrinin Bərdəyə “Smerç” qurğusundan raketlər atdığı bildirilib. Qeyd olunub ki, Dağlıq Qarabağdan kənarda yerləşən Bərdəyə hücum nəticəsində 21...

28
Oktyabr

28 Oktyabr

Özbəkistanın tnews.uz portalı Azərbaycanın Özbəkistandakı səfirliyinin Bərdə hadisələri ilə bağlı mətbuat üçün məlumatını yayıb.

Məlumatda oktyabrın 27-də və 28-də Ermənistanın humanitar atəşkəs rejimini pozaraq “Smerç” bombalarından Bərdə, Goranboy və digər əraziləri atəşə tutduğu bildirilir. Oktyabrın 27-də Bərdə rayonu ərazisində 5 dinc sakin həlak olub, 14 nəfər yaralanıb. Həmin gün Euronews televiziya kanalının çəkiliş qrupu da “Kornet” sistemindən atəşə tutulub.

Qeyd olunur ki, oktyabrın 28-də qədim...