28
Oktyabr

28 Oktyabr

Xarici media

Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində biri uşaq olmaqla, dörd nəfərin həlak olması və daha 13 nəfərin yaralanması barədə məlumat yayıb.

Məlumatda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına da xüsusi yer verilib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində gözlənilən görüşü ərəfəsində baş verən terror aktı Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının əyani sübutudur və danışıqların bütün vasitələrlə pozulmasına xidmət edir.

Azərbaycan XİN-in bəyanatından gətirilmiş sitatda deyilir: “Biz beynəlxalq ictimaiyyəti günahkarların məsuliyyətə cəlb olunması üçün qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”.

Məlumatda qeyd edilir ki, ABŞ-ın vasitəçiliyi ilə bazar günü elan edilən son humanitar atəşkəs oktyabrın 26-da səhər saat 8-də qüvvəyə minməli olduğu halda, rəsmi Bakı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini və hərbi hissələrini atəşə tutduğunu bildirib.

Bununla yanaşı, buna qədər elan edilən daha iki humanitar atəşkəsin də məhz Ermənistan tərəfindən pozulduğu məlumatda əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.