28
Oktyabr

28 Oktyabr

Xarici media

Xorvatiyanın “Zagorje” xəbər portalında Ermənistan tərəfinin ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması barədə məqalə dərc olunub.

“Tərtərin qəhrəmanlığı” sərlövhəli məqalədə atəş nəticəsində mülki əhali arasında, ölən və yaralananlar barədə statistika əksini tapıb. Bildirilib ki, hücumlar nəticəsində məktəblər və mülki xəstəxanalar da daxil olmaqla, ümumilikdə 2000-dən çox yaşayış evi və inzibati bina dağıdılıb. Xüsusilə Tərtər şəhərində böyük dağıntılar törədilib.

Müəllif, eyni zamanda, vurğulayıb ki, Ermənistan dinc insanlara qarşı güc tətbiq etməklə müharibə dövründə mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə protokollarını açıq şəkildə pozub. Ermənistanın bu cinayətləri dünya ictimaiyyəti tərəfindən qınanmalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.