28
Oktyabr

28 Oktyabr

Xarici media

İspaniyanın qocaman qəzetlərindən biri olan La Vanguardia nəşrində “Bərdə şəhərinin atəşə tutulması nəticəsində ən azı 20 mülki şəxs həlak olub” adlı məqalə dərc edilib.

İspan nəşri Azərbaycan Respublikasının Baş Prokurorluğunun bəyanatına istinadla diqqətə çatdırır ki, bu gün erməni qüvvələrinin kaset bombalarını tətbiq etməklə Azərbaycanın Bərdə şəhərinə hücumu nəticəsində ən azı 20 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.

Qeyd edilir ki, erməni qüvvələri o cümlədən çoxsaylı ticarət obyektləri də yerləşən sıx məskunlaşmış Azərbaycan rayonunu “Smerç” raketləri ilə atəşə tutub. Bir gün əvvəl, Ermənistan silahlı qüvvələrinin Bərdəyə atəş açması nəticəsində dörd nəfər həlak olub, daha on üç nəfər yaralanıb.

İspan nəşri Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlamasına istinadla qeyd edir ki, düşmən yaydığı dezinformasiyaların köməyi ilə çox sayda insanın həyatına son qoyduğu Bərdə cinayətlərindən diqqəti yayındırmağa çalışır.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.