Zəfərin yolu
İspaniyanın böyük dinləyici kütləsinə malik “Radio Copla” radiosu canlı yayımda Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.
Müsahibə zamanı “Radio Copla” radiosunun aparıcısı Koldo Salasar Lopes səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən Ermənistanın növbəti təxribatına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.
Sualları cavablandıran səfir Anar Məhərrəmov ilk öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə...
Səudiyyə Ərəbistanın “garbnews” informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən əsas məqamlara geniş yer ayırıb.
Ölkə ictimaiyyətinə dövlətimizin başçısının BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və ATƏT-in Minsk qrupunun həmsədrləri barədə səsləndirdiyi tənqidi fikirlər çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev onların işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana təzyiq göstərə bilmədiyini vurğulayıb. Dövlətimizin başçısı bu səbəbdən Azərbaycanın problemi öz gücünə həll etdiyini, ölkəmizin beynəlxalq...
Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi hücumlara dair məlumatları geniş şəkildə yaymaqdadır.
Türkiyə KİV-ləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev gündəlik fəaliyyətinə, dövlətimizin başçısının müsahibələrində və xalqa müraciətlərində, eləcə də özünün rəsmi “Tvitter” hesabında paylaşdığı məlumatlara və fikirlərə böyük yer ayırır.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına, eləcə də Ermənistan tərəfinin azərbaycanlı mülki əhaliyə hücumlarına geniş yer verilir. KİV-lər yazır...
“The New-York Times” nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib.
Jurnalistlər Bərdə şəhərinin əsas küçəsində maşınla getdikləri zaman şəhərə erməni raketləri düşməyə başlayıb. Məqalənin müəllifi jurnalist Karlotta Qell yazır...
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev “Əl-Ərəbiyə” televiziya kanalında müsahibə verib. Proqramın əvvəlində aparıcı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda döyüşlər getdiyini xatırladıb, regionun Azərbaycan ərazisinin daxilində yerləşdiyini bildirib.
Proqram zamanı ermənilərin Bərdə şəhərində dinc əhaliyə qarşı törətdiyi cinayət nəticəsində 21 mülki şəxsin həlak olduğu, onlarla insanın yaralandığı da diqqətə çatdırılıb.
Sonra sualları cavablandıran səfir Mahir Əliyev müharibənin Azərbaycan ərazisində getdiyini deyib, ermənilərin cəbhə bölgəsindən çox uzaqda yerləşən yaşayış...
Norveçin “Klassekampen” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib.
“Bir münaqişənin tarixi” adlı məqalədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd edilir. Münaqişənin fəsadları barədə məlumatın verildiyi məqalədə azərbaycanlıların qətlə yetirildiyi və ya işğal olunmuş ərazilərdən qovulduğu diqqətə çatdırılır. Bildirilir ki, təkcə Xocalı şəhərində 1992-ci il fevralın 26-da erməni millətçiləri bir gecədə 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər.
Məqalədə vurğulanır ki, beynəlxalq hüquq Dağlıq...
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Dağlıq Qarabağ ərazisinin işğaldan azad edilməsi barədə dörd qətnaməsi var. Əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmirsə, o halda müharibə qələbə əldə edilənədək davam edəcək.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin başçısı Arye Qut bu barədə İsrailin Doqquzuncu televiziya kanalının “Gün” analitik-informasiya proqramının birbaşa efirində bildirib.
Arye Qutun sözlərinə görə, rəsmi Yerevan real şəkildə...
Rumıniyanın “News24hours” xəbər portalı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdədə törədilən terror aktı barədə məqalə yayıb.
Məqalədə müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutduğu bildirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi...
Oktyabrın 28-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu və üç humanitar atəşkəsə rəğmən müharibə cinayətlərini davam etdirməsi barədə xəbərlər ərəb KİV-lərində geniş işıqlandırılıb.
“Aljazeera”, “Skynews Arabia” və “Al Arabia” televiziya kanalları Bərdə şəhərində 21 mülki insanın, o cümlədən 1 uşağın həlak olması, 70 nəfərin yaralanması haqqında reportajlar yayıblar. Reportajlarda qeyd olunub ki, Azərbaycan Ordusunun yeni əraziləri işğaldan azad etməsi fonunda Ermənistan mülki obyektləri və dinc əhalini...
Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlar törətməsi nəticəsində baş verən proseslər barədə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrini məlumatlandırmaqda davam edirlər.
Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova bu ölkənin ingilisdilli “ANews” televiziyasına və “Wnet” radiosuna müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, bununla əlaqədar Katovitsedə yaşanan insidentdən danışıb.
Azərbaycan Evinin rəhbəri qeyd edib ki, sentyabrın 27-dən işğalçı Ermənistanın bütün cəbhəboyu ölkəmizə qarşı genişmiqyaslı hücum etməsinə, təmas...
Fransanın "France 24" telekanalı və məşhur "Yahoo.com" saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.
Hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.
Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda...
“Amnesty International” təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.
Təşkilatın bu barədə yaydığı açıqlamada deyilir ki, dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketi atılıb və xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, nəticədə ən azı 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.
Qeyd olunur ki, “Amnesty International”ın böhrana...
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib.
ABŞ-ın “VICE News” kanalının jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər.
Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araşdırma zamanı “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin qalıqlarını aşkar ediblər.
Qeyd edilib ki, Azərbaycan rəsmilərinin məlumatına əsasən, evlərin həyətlərinə düşən...
Tacikistanın “avesta.tj” portalı Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” kaset bombası atması və dinc sakinlərin ölməsi barədə materiallar verib.
Portalda Ermənistanın dinc əhalin hədəf alması hərbi cinayət kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cinayətə görə cavab verməlidir.
Qeyd olunur ki, dünya birliyi Ermənistanın bu qanuna zidd hərəkətlərini ittiham etməli, Ermənistanı dayandırmalıdır.
Moldovanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb.
Moldovanın nüfuzlu "Timpul.MD", "Tribuna”, "NOİ.MD", "İPN.MD" informasiya portalları Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilir.
Məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımdakı fikirlər yer alıb. Birinci xanıma...
Özbəkistan ”interpress.uz”, “qalampir.uz”, “daryo.uz” və ”fikr.uz” portalları Bərdənin kasset bombasına tutulması ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.
Portallarda Bərdə şəhərinin ermənilər tərəfindən ikinci dəfə “Smerç” kassetli bombalardan atəşə tutılması mənfur qonşularımızın qorxaqlığı kimi dəyərləndirilib. Bildirilib ki, müharibədə uduzan Ermənistan qisasını dinc əhalidən alır. Bununla da erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il...
İndoneziya kütləvi-informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını geniş işıqlandırır.
İndoneziyanın "portalprobolinggo.pikiran-rakyat.com", "minanews.net", "viva.co.id" saytları və digər KİV-ləri Azərbaycanın Ermənistanı Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərə raket hücumu nəticəsində 21 nəfərin həlak olmasında günahlandırmasından yazır. Qeyd edilir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu hərbi...
Xorvatiyanın işgüzar dairələri arasında məşhur olan “Poslovni dnevnik” qəzetində və “poslovni.hr” onlayn portalında “Ermənistan-Azərbaycan münaqişəsinin iqtisadi tərəfləri” adlı geniş məqalə dərc olunub.
Məqalədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Ermənistan tərəfindən xarici şirkətlərin iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərinin təbii sərvətlərinin qanunsuz istismarı barədə geniş hesabatına nəzər salınıb. Qeyd olunub ki, Ermənistan geniş miqyaslı soyğunçuluq yolu ilə Fransa, ABŞ, Kanada, Avstraliya, İsveçrə və Rusiyadan erməni əsilli...
Bolqarıstanın “168 chasa” qəzetində və nəşrin internet portalında yayılan Sumqayıt hadisələri ilə bağlı təhrif olunmuş məlumatlara cavab olaraq Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən məqalə dərc olunub.
Məqalədə 1988-ci il fevralın 28-də baş verən hadisələrin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi olduğu vurğulanıb, bunun məqsədinin hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq...