23
Oktyabr

23 Oktyabr

Xarici media

Türkiyənin Anadolu agentliyi Azərbaycan Ordusunun cəbhədə yaratdığı dönüş vəziyyəti ilə bağlı mükəmməl infoqrafika hazırlayıb.

İnfoqrafikada işğalçı Ermənistanın hərbi təxribatları nəticəsində sentyabrın 27-dən cəbhədə yaranmış qarşıdurmanın oktyabrın 22-dək olan statistikası xəritə üstündə əksini tapıb. Oxucuya məlumat verilir ki, ötən dövrdə müzəffər Azərbaycan Ordusu 117 yaşayış məskənini düşmən tapdağından azad edib. Prezident İlham Əliyevin oktyabrın 22-də sosial şəbəkə hesabında açıqladığı 20 kənd və bir qəsəbənin azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin tam şəkildə nəzarətə alınması barədə məlumat, həmçinin həmin yaşayış məskənlərinin adları infoqrafikada əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.