23
Oktyabr

23 Oktyabr

Xarici media

İndoneziya Üləmalar Şurası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

Bu barədə İndoneziyanın tanınmış “news.detik.com” saytı məlumat yayıb.

Məlumatda İndoneziyanın bütün dini təşkilatlarını özündə birləşdirən Üləmalar Şurasının (MUİ) sədr müavini K.H.Muhyiddin Cunaidinin bu bəyanatı Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevlə görüşdə səsləndirdiyi qeyd olunub.

Həmçinin İndoneziyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan torpaqlarından tam, qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı mövqeyinin Üləmalar Şurası tərəfindən də dəstəkləndiyi vurğulanıb. M.Cunaidin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı məscidlərdə müxtəlif heyvanlar saxlamasını qınadıqları, bu kimi hərəkətlərin İndoneziya ictimaiyyətində də haqlı narazılığa və qəzəbə səbəb olduğunu söylədiyi bildirilib.

Diqqətə çatdırılıb ki, görüş çərçivəsində Ermənistan ordusunun sentyabrın 27-də başlayan növbəti hərbi təxribatı barədə məlumat verən C.Mirzəyev Ermənistan tərəfindən Dağlıq Qarabağ daxil olmaqla işğal edilən torpaqların Azərbaycan əraziləri olmasının beynəlxalq səviyyədə tanındığını xatırladıb. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Ermənistan 30 ilə yaxın müddətdə həmin sənədlərin tələblərini yetirməyib.

Məlumatda səfirin münaqişə nəticəsində ermənilər tərəfindən bir milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından zorla çıxarılaraq məcburi köçə və qaçqınlığa məruz qoyulduğunu bildirdiyi də əksini tapıb. Qeyd edilib ki, döyüşlərin gedişində iki dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və digər yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyub, dinc əhali və münaqişə zonasından uzaq bölgələr hədəfə alınıb.

M.Cunaidi, eyni zamanda, MUİ-nin torpaqlarını işğaldan azad edən Azərbaycanı dəstəklədiyini bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.