23
Oktyabr

23 Oktyabr

Xarici media

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Ağbənd qəsəbəsinin azad edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müraciətini və digər açıqlamalarını geniş işıqlandırıb.

Ukraynanın nüfuzlu UNİAN informasiya agentliyində, “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent”, “Dialog”, "Qordon", "Reporter" portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmi “Twitter” səhifəsindəki aşağıdakı açıqlaması yer alıb: “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna!”.

Bundan başqa, dövlətimizin başçısının Yaponiya nəşrinə müsahibəsində Dağlıq Qarabağda referendumun keçirilməyəcəyinə dair mövqeyi də Ukrayna mətbuatının diqqətində olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.