23
Oktyabr

23 Oktyabr

Xarici media

Latviyanın “press.lv” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovun “Biz öz torpaqlarımızı geri qaytaracağıq” sərlövhəli müsahibəsi dərc olunub.

Səfir müsahibəsində Qarabağın Azərbaycanın tarixi torpağı olması, Dağlıq Qarabağ və ətraf rayonların 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində görülmüş işlər, Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum tədbirləri həyata keçirməsi haqqında danışıb.

Diplomat Ermənistan tərəfinin münaqişə və hərbi əməliyyatlar ilə bağlı yaydığı saxta məlumatların ifşa olunmasının zəruriliyi, rəsmi İrəvan tərəfindən beynəlxalq humanitar hüququn dəfələrlə kobud şəkildə pozularaq Dağlıq Qarabağ regionundan kənarda yerləşən şəhər və rayonlarımızı dinc əhalini hədəfə alması, eləcə də Azərbaycan tərəfinin haqlı mövqeyi barədə məlumat verib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.