23
Oktyabr

23 Oktyabr

Xarici media

Fransanın “Le Figaro” nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazı dərc edib.

Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.

Məqalədə, həmçinin bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiyaların, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək onları Azərbaycana qarşı döyüşməyə çağırıb. O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb.

Yazıda Azərbaycanın 90-cı illərdə itirdiyi torpaqları geri qaytardığı qeyd olunur.

Sonda bildirilir ki, Paşinyanın bu çıxışı oktyabr ayında razılaşdırılmış iki humanitar atəşkəsin ardıcıl olaraq uğursuzluqla nəticələnməsi zəminində baş tutub.

Yazıda hər iki ölkənin xarici işlər nazirlərinin Moskva və bu gün baş tutmalı olan Vaşinqton görüşlərinə də toxunulub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.