Zəfərin yolu
Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə nazir Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer arasında telefon danışığı olub.
Nazir Ceyhun Bayramov, amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük...
İsrailin “İ24” televiziya kanalının ərəb dilində yayımlanan studiyasının xəbərlər proqramının saat 20.00 buraxılışının canlı efirinə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin müşaviri Elnur Məmmədzadə qoşulub.
Aparıcının Fransa prezidenti Emmanuel Makronun Suriyadan olan muzdluların Azərbaycana göndərilməsinə dair bir sıra dövlətləri açıq şəkildə ittiham etməsi ilə bağlı bəyanatı, eyni zamanda, Türkiyənin Ermənistan qoşunlarının tam çıxarılmasına...
Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə və ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı olub.
Nazir Ceyhun Bayramov rusiyalı həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük...
Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.
Nazir Ceyhun Bayramov fransız həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutması barədə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük...
4 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə alıb. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.
Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 22 nəfər azərbaycanlı mülki şəxs, o cümlədən 2 məktəbli qətlə yetirilib, 74 nəfər yaralanıb.
Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədli...
Ermənistan Baş naziri bu ilin 3 oktyabr tarixində erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N.Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır.
Bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun durduğunu və BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin işğala...
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı olub.
Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınmasını, o cümlədən ölkənin ikinci böyük şəhəri...